Goranboyda zəncirvari qəza olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai Elantra “qarşısına çıxan uzunqulağı vurub. Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkətdə olan hissəsinə çıxıb. Bu zaman Mercedes markalı minik maşını uzunqulağı vuraraq öldürüb. Qəzanı görən digər “KİA “markalı minik maşını dayanıb. Digər hərəkətdə olan “Hyundai Santafe “markalı minik maşını “KİA”ya arxadan çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.















