Sabirabadda 58 yaşlı sürücü idarə etdiyi avtomobillə su kanalına düşüb.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü İsmayıl Ağababa oğlu Cəbrayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil su kanalına düşüb.
İlkin məlumata görə, sürücü qəfil yaranan ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib və bu, avtomobilin idarəetməni itirərək kanala düşməsinə səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.












