Şadlıq sarayında mübahisə faciəyə çevrildi – Tutulan var / FOTO

Şadlıq sarayında mübahisə faciəyə çevrildi – Tutulan var / FOTO

Tovuzda toyda gənci bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N. Hüseynova kəsici-deşici alətlı xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Novruz Orucov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***18:43

Tovuzda bıçaqlanma olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonda yerləşən Nərmin şadlıq sarayında qeydə alınıb.

Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü Nicat Huseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.