Şahbuzda evdən meyit tapıldı

Şahbuzda evdən meyit tapıldı

Şahbuz rayonunda evdən meyit tapılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Şada kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Əkbərov İslam Sarı oğlunun meyiti yaşadığı evdən tapılıb.

İlkin məlumata görə, evdə tək olan İ.Əkbərovu infakt vurub və onun meyiti 2 gün sonra tapılıb.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.