SON DƏQİQƏ: Gənc qadın eyvandan yıxılıb öldü

SON DƏQİQƏ: Gənc qadın eyvandan yıxılıb öldü

Abşeron rayonunun Şəfəq qəsəbəsində bədbəxt hadisə baş verib.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, ilkin məlumatlara görə, 2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tarıyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.