Tanınmış aparıcı işdən çıxarıldı - FOTO

Tanınmış aparıcı işdən çıxarıldı - FOTO

TRT1 şərhçisinin İran-Yeni Zelandiya (2:2) matçının yayımı zamanı buraxdığı kobud səhvlər böyük qalmaqalla yaradıb.

NOCOMMENT.az xəbər verir ki, qarşılaşmanın şərhçisi Murat Ekrem Çimen oyunun ilk 4 dəqiqəsi ərzində hər iki ölkənin futbolçularını və komandalarını bir-biri ilə qarışdırıb.

Şərhçinin bu inanılmaz səhvi qısa müddətdə sosial şəbəkələrdə kəskin etirazlara və lağ hədəfinə çevrilərək gündəmi zəbt edib.

Məsələyə becid reaksiya verən TRT rəhbərliyi rəsmi bəyanat yayaraq ictimaiyyətdən üzr istəyib.

Qurumdan bildirilib ki, kobud səhvə yol verən şərhçi Murat Ekrem Çimen dərhal dünya çempionatının yayım komandasından kənarlaşdırılıb.

Faktla bağlı daxili araşdırma və təftiş prosesi başlayıb.\\“Yeni Sabah”

 TRT1 şərhçisi kobud səhvlərə görə işdən qovuldu