Ucarda 3 maşınının iştiraki ilə zəncirvari yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsindı qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107″ , ” Chevrolet” markalı minik və ” Mercedes Atego” markalı yük maşını toqquşub.
Hadisə zamanı ölən və xəsarət alan olmasa da, avtomobilllərə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq- mühafizə orqanı əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
NOCOMMENT.AZ












