Xaçmazda 60 yaşlı kişini avtomobil vuraraq öldürdü

Xaçmazda 60 yaşlı kişini avtomobil vuraraq öldürdü

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qobuqıraq kəndindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ” markalı minik avtomobili piyada 1966-cı il təvəllüdlü T.Məmədovu vurub. Yaralı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.