Zaqatalada iş adamını güllələyən şəxs saxlanıldı

Zaqatalada iş adamını güllələyən şəxs saxlanıldı

Ov tüfəngi ilə 39 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.