Zərdabda narkotik çəkib maşın sürən sürücü saxlanıldı

Zərdabda narkotik çəkib maşın sürən sürücü saxlanıldı

Zərdabda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

NOCOMMENT.az xəbər verir ki, görə, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Ağazadə saxlanılıb.

Müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.