Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb

Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarını qəbul edib, texniki qulluq göstərib və baxış keçiriblər.

Müdafiə Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar.
Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 23-də Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar.
Müsabiqə sentyabrın 5-dək davam edəcəkdir.