“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib – FOTO

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib – FOTO

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.