Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir – FOTO

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir – FOTO

Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən yarışda istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.