Cüdo millimiz İslam Oyunlarında daha bir medal qazanıb

Cüdo millimiz İslam Oyunlarında daha bir medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki, +100 kq çəki dərəcəsində həmyerlimiz Uşanqi Kakauri bürünc medal uğrunda döşək üzərinə çıxıb.

Təmsilçimiz həlledici görüşdə misirli rəqibi Mohamed Masoud Aborakianı məğlub edərək daha bir bürünc medalı aktivimizə yazdırıb.