Dünyanın ən məşhur qadın tennisçisi erməni konyakını təriflədi – VİDEO

Dünyanın ən məşhur qadın tennisçisi erməni konyakını təriflədi – VİDEO

Hazırda dünyada tüğyan edən koronavirus pandemiyası üzündən bir çox idman növlərində məcburi tətil elan edilib və idmançılar karantinə göndəriliblər. Eyni aqibəti Qadın Tennisçilər Assosiasiyasının (WTA) üzvləri də yaşayıblar.

NOCOMMENT.az xəbər verir ki, dünyanın ən məşhur qadın tennisçisi Serena Vilyams karantində darıxmır, həyat yoldaşı Reddit servisinin qurucusu və həmsahibi erməni Aleksis Ohanyanla balaca qızlarını böyüdürlər. Serena sosial şəbəkələrdə, xüsusən də İnstaqramda çox fəaldır.

Dünən amerikalı idmançı İnstaqramın hadisələr bölməsinə maraqlı bir video yükləyib. Videoda Serena və Aleksis evdə karantin zamanı erməni konyakını içərək tərifləyirlər.

“Dostlar, siz bilirsiniz ki, mən içki həvəskarı deyiləm, amma bu gün həyat yoldaşım belə bir içki gətirib – 23 yaşı olan erməni brendisi, onda görə də kiçik bir qədəh içməyi düşünürəm. Onu birnəfəsə içmirlər ki? Sözün düzü, heç yadıma gəlmir ki, sonuncu dəfə nə zaman içmişəm, çoxdan olub”, – deyə Serena videoda erməni içkisini doyunca reklam edib.

Xatırladaq ki, Serena tennisdə ən nüfuzlu sayılan Böyük Dəbilqə turnirlərinin 23 qat qalibidir…