ŞOK! Məşhur futbolçunun evinə basqın edildi

ŞOK! Məşhur futbolçunun evinə basqın edildi

İspaniya millisi ilə 2026-cı il dünya çempionatının finalına yüksələn Lamin Yamalın evinə basqın edilməyə çalışılıb.

NOCOMMENT.az xəbər verir ki, Fransa ilə oyundan cəmi bir neçə saat sonra, yerli vaxtla səhər saat 4 radələrində iki naməlum şəxs Esklupes-de-Llobreqat şəhərində yerləşən villaya daxil olmağa cəhd edib.

Quldurlar mühafizəçilər tərəfindən vaxtında aşkarlanıb. Bunu dərhal başa düşən təcavüzkarlar ərazidən sürətlə uzaqlaşıb.

Onları hələlik tutmaq mümkün olmayıb. Məlum olub ki, həmin gecə onlar daha iki evə basqın edib. Hadisə baş verən zaman Lamin Yamal dünya çempionatının finalına çıxışlarını qeyd edib.

Sara,