Məşhur rusiyalı müğənni Filipp Kirkorov Mayamidəki dəbdəbəli malikanəsini qızına 100 dollara – real bazar dəyərindən 41 min dəfə aşağı qiymətə satıb.
NOCOMMENT.az xəbər verir ki, məqsəd qızının ABŞ vətəndaşlığı hüququnu təmin etməkdir. Sənətçinin övladlarının ABŞ-da doğulmasına baxmayaraq, onların vətəndaşlıq hüquqları ilə bağlı zaman-zaman suallar yaranır. Bunu nəzərə alan müğənni "sxem" hazırlayıb: o, 6,1 milyon dollar dəyərində olan lüks mülkün satış qiymətini 41 min dəfə endirib. Hazırda mülkiyyət hüququ dörd şəxs – müğənni özü, oğlu Martin, qızı Alla-Viktoriya və adı açıqlanmayan bir qadın arasında bölüşdürülüb. Kirkorov bu malikanəni 2011-ci ildə 4,2 milyon dollara almışdı.
İki mərtəbəli iqamətgah Mayaminin nüfuzlu La Gorce Drive küçəsində yerləşir. Evin yaşayış sahəsi 734 kvadratmetr, ümumi sahəsi isə 920 kvadratmetrdən çoxdur, əlavə olaraq 1380 kvadratmetrlik torpaq sahəsi mövcuddur. Evdə yeddi yataq otağı və yeddi vanna otağı var. Ərazidə üzgüçülük hovuzu, cakuzi, kərpic və daşdan tikilmiş terras, həmçinin sərnişin lifti mövcuddur.
Kirkorov özü üçün vergi güzəştləri də əldə edə bilib: evinin kadastr dəyəri hazırda 4,38 milyon dollar təşkil edir. "Save Our Homes" proqramı vergi bazasının artımını məhdudlaşdırmağa imkan verir: 2025-ci ildə endirim 1,8 milyon dollar, 2026-cı ildə isə daha 1,8 milyon dollar təşkil edib. Bundan əlavə, malikanəyə "Homestead" (illik 25 min dollar) və "Second Homestead" (2026-cı ildə 26,4 min dollar) vergi çıxılmaları tətbiq edilir ki, bu da ona daha az vergi ödəməyə imkan verir.












