Lamin Yamal Avropa çempionatları tarixində fərqlənən ən gənc futbolçu olub

Lamin Yamal Avropa çempionatları tarixində fərqlənən ən gənc futbolçu olub

İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, AVRO-2024-ün yarımfinal mərhələsinin Fransa ilə görüşündə fərqlənən 16 yaşlı hücumçu Avropa çempionatları tarixinin qol vuran ən gənc futbolçusu olub.

L.Yamal bununla da AVRO-2004-də İsveçrə millisinin heyətində 18 yaşında rəqib qapısında yol tapan Yohan Vonlantenun rekordunu yeniləyib.