Premyer Liqada IX tura bu gün yekun vurulacaq

Premyer Liqada IX tura bu gün yekun vurulacaq

Misli Premyer Liqasında bu gün IX tura yekun vurulacaq.

NOCOMMENT.az xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutacaq.

“Qəbələ” evdə “Neftçi” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək. “Qəbələ” hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. 9 xala malik “Neftçi” isə 9-cu yerdədir.

Turun son matçında “Qarabağ” evdə “Şamaxı”nı qəbul edəcək. Görüş “Azərsun Arena”da saat 18:30-da başlayacaq. “Qarabağ” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 8-ci yerdə qərarlaşan “Şamaxı”nın isə 9 xalı var.