Ruben Amorim “Mançester Yunayted”-in baş məşqçisi kimi antirekorda imza atıb

Ruben Amorim “Mançester Yunayted”-in baş məşqçisi kimi antirekorda imza atıb

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasında (APL) klubun ən pis rekordunu müəyyənləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Portuqaliyalı mütəxəssis dekabrın 26-da “Vulverhempton”la XVIII tur matçında məğlub olub. Molineux stadionunda keçirilən oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bu məğlubiyyət Amorimin ölkə çempionatında “qırmızı şeytanlar”ın sükanı arxasında olduğu ilk 7 oyunundakı 4-cü məğlubiyyəti olub.  Əvvəlki antirekordu hollandiyalı Erik ten Haq qoyub – o, Premyer Liqada ilk 13 oyunda 4 dəfə məğlub olub.