82 sığorta agentinin lisenziyası dayandırıldı

82 sığorta agentinin lisenziyası dayandırıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) 82 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə NOCOMMENT tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar qəbul edilib.