Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb, qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,94% azalaraq 1 barelə görə 93,92 dollar təşkil edib.

NOCOMMENT-in xəbərinə görə, Nyu Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,05% azalaraq 92,68 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,06% artaraq 4,72 ABŞ dolları təşkil edib.