Dünya bazarlarında neft və qaz bahalaşıb

Dünya bazarlarında neft və qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 94,15 dollar təşkil edib.

NOCOMMENT-in xəbərinə görə, Nyu Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti isə 0,4% artaraq 92,28 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,08% artaraq 4,512 ABŞ dolları təşkil edib.