İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 4,85% artaraq 1 barelə görə 110,06 dollar təşkil edib.
NOCOMMENT-in xəbərinə görə, Nyu Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti isə 4,9% artaraq 108,48 dollara çatıb.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,09% artaraq 4,691 ABŞ dolları təşkil edib.












