İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,6% azalaraq 1 barelə görə 92,41 dollar təşkil edib.
NOCOMMENT-in xəbərinə görə, Nyu Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,76% azalaraq 91,06 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,44% azalaraq 4,439 ABŞ dolları təşkil edib.












