Dünya bazarlarında neft və qazın qiymətləri rekord qırır

Dünya bazarlarında neft və qazın qiymətləri rekord qırır

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 117 dolları keçib.

NOCOMMENT xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22-də Brent-in qiyməti 3,67% artaraq 117,08 dollara çatıb.

Nyu Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti isə 3,32% artaraq 114,27 dollara çatıb.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,69% artaraq 4,874 ABŞ dolları təşkil edib.