Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,03% azalaraq 1 barelə görə 69,49 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,03% azalaraq 67,03 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,15 % azalaraq 3,934 ABŞ dolları təşkil edib.