İstanbul meri Əkrəm İmamoğlu niyə Ayasofyada təşkil olunan tədbirə getmədi – SƏBƏBİ (VİDEO)backend

İstanbul meri Əkrəm İmamoğlu niyə Ayasofyada təşkil olunan tədbirə getmədiSƏBƏBİ (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, 24 iyulda 86 illik fasilədən sonra İstanbulda Ayasofya Camisində ilk cümə azanı verildi və 350 mindən çox insan cümə namazına qatıldı.

NOCOMMENT.az xəbər verir ki, ölkə başçısı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə hökumətinin demək olar ki, bütün rəsmiləri bu tədbirə qatılmışdı. Dövlət rəsmiləri ilə yanaşı bir sıra partiyaların da rəhbərləri və təmsilçiləri bu möhtəşəm günə qatılaraq öz sevinclərini və hislərini bölüşmüşlər.

Lakin nədənsə “Cumhuriyet Halk Partiyası”ndan (CHP) 2019-cu ildən İstanbul Böyükşəhər Bələdiyyə Başkanı seçilən və fəaliyyətə başlayan Əkrəm İmamoğlu bu tarixi açılışda iştirak etmədi.

Ötən gün İstanbul Bələdiyyə başçısı jurnalistlərə açıqlamasında Ayasofyada sözügedən tədbir ilə bağlı hər hansı bir dəvət almadığını bildirib.

Ə.İmamoğlu Ayasofyanın ibadətə açılması ilə bağlı qılınacaq ilk Cümə namazına Diyanət İşləri Başkanlığından dəvət almadığını, lakin iş komandasından hər kəsin bu tədbirə sərbəst şəkildə gedib qatıla biləcəyini söylədi.

“Dəvətnamə gəlmədi. Bu günə qədər hər hansı nazirlik və ya dövlət qurumu İstanbulda açılış və ya tədbir etdisə mənə dəvət gəlmədi”,- deyə Ə.İmamoğlu bildirib.

Olduqca müəmmalı və hər kəsi maraqlandıran bir məsələ ondan ibarətdir ki, tək Türkiyə deyil, bütün müsəlman dünyasında tarixə yazılmış belə bir gündə açılışı edilən və tədbir keçirilən bir şəhərin Bələdiyyə Başkanına dəvət göndərilmir və nəticədə tədbirə qatılmır.

Qeyd edək ki, 2019-cu ildə Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığına seçkilər zamanı əldə etdiyi nəticələri ləğv olunsa da, təkrar seçkilərdə səs çoxluğu ilə yenidən Başkan ola bilir. 

NOCOMMENT.az