Kəramət Böyükçölün son vəziyyəti ilə bağlı atasından AÇIQLAMAbackend

Kəramət Böyükçölün son vəziyyəti ilə bağlı atasından AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 gündür Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilən yazıçı Kəramət Böyükçölün səhhətində irəliləyiş var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bizim.media-ya atası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə bildirib.

Onun sözlərinə görə oğlunun müalicəsi davam etdirilir:

“Kəramət yaxşıdır, görüşürük. Müalaicələrini alır. Səhər də ad günüdür. Amma bazar ertəsi qeyd edəcək. Çünki istirahət günüdür, istəyir ki, tibb bacıları da orada olsun. Özünün şəkli əks olunan 3 ədəd tort sifariş vermişik. Bazar ertəsi aparacağam və xəstəxanada kiçik bir qeydləmə olacaq”.

Qəşəm Nəcəfzadə oğlunun özünü əvvəlkindən daha yaxşı hiss etdiyini bildirib:

“Çox irəliləyiş var. Sevincliyəm ki, oğlum yaxşıdır. Deyir ata, sanki yenidən doğulmuşam. Həkim də bildirir ki, Kəramətin mövcudluğunun 95 faizi araq, 5 faizi özüdür. Uzun illər o qədər içib ki… Spirt tamamilə qanından təmizlənməlidir. Allah özü kömək olsun. Valideyn üçün çətindir. Mən gözəl insanlara, dostlara, jurnalistlərə təşəkkür edirəm. Bu ağır günlərdə Kəramətin qələm yoldaşları onu tək qoymadı”, – deyə ata bildirib.

Kəramət Böyükçölün telefonun özünə verilməsinə gəlincə, Qəşəm Nəcəfzadə bununla bağlı xəstəxana rəhbərliyinə müraciət etdiyini deyib:

“Telefonu məndədir, evdə saxlayıram. Həkimi deyir ki, telefon müalicəsinin gedişatına mənfi təsir göstərir, ona görə icazə vermirlər”.

İmişlidə göz açan tanınmış yazıçı Kəramət Böyükçölün sabah 34 yaşı tamam olur.

Xatırladaq ki, Kəramət Böyükçöl oktyabrın 7-də Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib.

O, dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə alıb. Qəşəm Nəcəfzadə oğlunun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.