Bakıda gənc döyülərək ağır xəsarətlər aldı

Bakıda gənc döyülərək ağır xəsarətlər aldı

Bakıda döyülmə hadisəsi baş verib.

NOCOMMENT.az bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Mübahisə zəminində döyülən 2005-ci il təvəllüdlü Ramazanov Asim Rasim oğlu bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onun baş, bədən və üz nahiyələrində çoxsaylı əziklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.