Bakıda yeznə və qayın bıçaqlandı

Bakıda yeznə və qayın bıçaqlandı

Bakının Xəzər rayonunda ailədaxili münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Albalılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayev Rafət Firuddin oğlu yeznəsi 1989-cu il təvəllüdlü Mirzəyev Ağacan Zeynal oğlu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. A.Mirzəyev qaynına 4 bıçaq zərbəsi vurub. Eyni zamanda R.Babayev də yeznəsinə iki bıçaq zərbəsi vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. R.Babayevin vəziyyəti ağırdır.