“Sputnik”in icraçı direktoru azadlığa buraxıldı

“Sputnik”in icraçı direktoru azadlığa buraxıldı

Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant”a Putinin köməkçisi Yuri Uşakov deyib.

O əlavə edib ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.