"Yusif Şəmkirli" Rusiyada saxlanıldı — 2008-ci ildən axtarılırdı

"Yusif Şəmkirli" Rusiyada saxlanıldı — 2008-ci ildən axtarılırdı

Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburq şəhərində kriminal aləmdə geniş tanınan azərbaycanlı avtoritetə qarşı genişmiqyaslı əməliyyat keçirib. Uzun illərdir ədalətdən qaçmağı bacaran şəxs nəhayət ələ keçib.

NOCOMMENT.az xəbər verir ki, Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə "Yusif Şəmkirli" kimi tanınan 54 yaşlı Yusif Əliyev saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsindəki etibarlı mənbələrin verdiyi məlumata görə, Əliyev 2008-ci ildən bəri beynəlxalq axtarışda olub.

Mənbənin sözlərinə görə, o, iki və ya daha çox şəxsin qətli də daxil olmaqla, bir sıra xüsusilə ağır və amansız cinayətlərin törədilməsində rəsmən ittiham olunur. Bildirilib ki, Yusif Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən gizli yaşayış evlərindən birində xüsusi təyinatlıların keçirdiyi qəfil əməliyyatla qandallanıb. “Kommersant” qəzetinin əldə etdiyi digər məlumata görə, Əliyev qətl hadisələri ilə yanaşı, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda (qanuni oğru statusuna sahib olmaqda) da təqsirləndirilir və bu maddə üzrə onu 15 ilədək ağır rejimli azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 2009-cu ilin martında Yusif Əliyev və daha üç azərbaycanlı "qanuni oğru" Moskvada restoranların birində keçirilən böyük kriminal "sxodka" zamanı hədə-qorxu ilə tələb etmə şübhəsi ilə saxlanılsalar da, o, qısa müddət sonra istintaqdan qaçaraq gizlənməyi bacarmışdı. Hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və köhnə cinayət işlərinin yenilənməsi istiqamətində hüquqi prosedurlar davam etdirilir.\\musavat.com