NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Küveyt və Səudiyyə Ərəbistanda Çinin Yeni Geely Starray krossoveri təqdim edilib.
Avtomobil çinlilərin Volvo ilə birlikdə yaratdığı CMA (Compact Modular Architecture) platformasına əsaslanır. Starray-ın uzunluğu 4670 mm, təkər bazası isə 2777 mm-dir. Salonda mərkəzi konsolda şaquli multimedia sistemi planşeti quraşdırılıb. Əsas versiyanın avadanlıq siyahısına bir zonalı klimat-kontrol, arxa park sensorları, açarsız giriş sistemi, mühərriki işə salma düyməsi, kruiz-kontrol, arxa görüntü kamerası daxildir.

Avtomobil 218 at gücü hasil edən 2,0 litrlik turbo benzin mühərriki və iki muftalı yeddi pilləli robot sürət qutusu təchiz edilib.












