“Gələcəyə qayıt” trilogiyasından DeLorean avtomobili köhnə anbarda tapılıb

“Gələcəyə qayıt” trilogiyasından DeLorean avtomobili köhnə anbarda tapılıb

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nyu-Meksikoda (ABŞ) köhnə anbarda DeLorean DMC-12 tapılıb. Tapılan Bu avtomobil məşhur “Gələcəyə qayıt” trilogiyasının çəkilişlərində istifadə olunub.

Qeyd edilir ki, kəşf zamanı nadir avtomobilin spidometri cəmi 977 mil (1572 km) göstərir. Tapılan avtomobil istehsal olunan ilk DeLorean avtomobillərindən biridir.