İşini tərk edərək 48 min dollara qənaət edən Amerikalı qadın

İşini tərk edərək 48 min dollara qənaət edən Amerikalı qadın

NOCOMMENT.az Daily Mail-a istinadən bildirir ki,Amerikalı Kristina Blu işini tərk edərək oğlu ilə birlikdə çadırda yaşamaq üçün 48 min dollara qənaət edib. 

Nyu-York sakininin dediyinə görə, hər şey 2021-ci ildə,o,14 yaşlı oğlu və itləri ilə  birlikdə bütün yayı evlərinin həyətindəki çadırda yaşamağa qərar verəndə başlayıb. Bluya görə,əsas məqsəd oğlu ilə gözəl istirahət etmək olub.Taksi sürücüsü kimi işlədiyi işindən ayrılaraq böyük çadır alıb və çoxlu yerləri gəzərək təcrübəyə başlayıb.

Bir neçə həftədən sonra 41 yaşlı amerikalı qadın yeni həyat tərzi ilə xeyli az pul xərclədiklərini görüb.O, oğlu ilə birlikdə artıq ölkənin müxtəlif yerlərində çadırda yaşayıb.

Amerikalının dediyinə görə, bu həyat onun çox xoşuna gəlib. Çadır üçün elektrik enerjisi günəş paneli tərəfindən istehsal olunur və həmçinin onların yemək bişirmək üçün odun sobası, soyuq qış gecələrində isinmək üçün qaz təchizatı var.

Çadırın içərisində oğlu üçün rahat çarpayılar və iş yeri qoyub. İndi o, özü toxuyur və sifarişlə əşyalar tikərək pul qazandığı bildirib.