Türkiyənin Adana şəhərində istidən boğulan uşaq çarəni soyuducunun içərisinə girərək tapıb.
NOCOMMENT.az xəbər verir ki, görüntülər izləyicilər arasında təbəssümlə qarşılanıb.
Atasının dönərxanasına gələn oğlan istidən boğulanda çarəni soyuducuya girməkdə tapıb. Balaca oğlan istiyə dözə bilmədiyi üçün girdiyini söyləyib. Hətta onun soyuducuda aldığı dondurmanı da yeməsi diqqət çəkib.
Atası isə havanın çox isti olduğunu və işlə əlaqədar soyuducuları işlədə bilmədiklərini vurğulayıb.
“Oğlum yanıma gələndə soyuducuya girib soyuyur. Biz də onun kimi içəri girə bilmirik, ancaq qapağı açıb sərinləməyə çalışırıq. Hava həqiqətən çox istidir”, o deyib.
NOCOMMENT












