Şəkidə peyda olan ayı meşəyə qaytarılır – VİDEO

Şəkidə peyda olan ayı meşəyə qaytarılır – VİDEO

Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

NOCOMMENT.az “Report”un Şimal-qərb bürosuna istinadən bildirir ki, ayıya keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Bakıdan helikopterlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisi gəlib.

Ekologiya Nazirliyinin Bakıdan gələn əməkdaşı tərəfindən ayıya 2 ədəd keyidici iynə vurduqdan sonra onu ərazidən təbiətə evakuasiya edilir.