Dünya şöhrətli aktyorlardan ağlasığmaz təklif

Dünya şöhrətli aktyorlardan ağlasığmaz təklif

Məşhur Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio Amerikada xeyiryyə tədbirlərindən birinə dəstək olubar. Tədbir ölkədə tətbiq edilən məhdudiyyətlər üzündən və COVİD-19 pandemiyası səbəbindən gəlirlərini itirən insanlar üçün ərzaq məhsulları almağa vəsait toplamağa yönəlib.

NOCOMMENT.az xəbər verir ki, Di Kaprio özünün rəsmi İnstaqram səhifəsində pərəstişkarlarını aksiyaya qoşulmağa və ianə etməyə çağıran video yayımlayıb. Onlardan ən səxavətlisinə isə məşhur aktyorlar növbəti filmin premyerasına gəlmək üçün fürsət təmin edəcəklərinə söz veriblər.

“Daha əvvəl AmericaasFoodFund adlı bir proqrama başladıq. Hər bir ehtiyacı olan ailəyə bu kritik anda yemək əldə etmələri üçün kömək göstərmək istəyirik. İndi ən həssas həmvətənlərimiz həmişəkindən daha çox köməyimizə ehtiyac duyurlar. Buna görə də kömək göstərməyinizi xahiş edirik. Martin Skorseze kimi şəxsiyyətlə işləməyin nə olduğunu bilmək istəyirsinizsə, mən və Robert De Niro sizə belə bir şans veririk. Robertlə birlikdə yeni “Ay çiçəyinin qatilləri” filmində çəkilməyi planlaşdırırıq. Biz sizə epizodik rol, eyni zamanda çəkiliş meydançasında bizimlə bir gün keçirməyi təklif edirik, sonda isə filmin premyerasında iştirak etmək üçün fürsət veririk”, – deyə Di Kaprio pərəstişkarlarına səslənib.

Video bir neçə saat ərzində 1,3 milyondan çox baxış qazanıb.