Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

NOCOMMENT.az bildirir ki, bu barədə açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, – o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib. (Bakupost)