“Ağa” ləqəbli kriminal dəstəyə qarşı ƏMƏLİYYAT

“Ağa” ləqəbli kriminal dəstəyə qarşı ƏMƏLİYYAT

Türkiyənin paytaxtı Ankarada “Ağa” ləqəbi ilə tanınan cinayətkar dəstəyə qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan 15 şübhəlidən 12-si barəsində həbs qətimkan tədbiri seçilib.

NOCOMMENT.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlərlə Mübarizə Bürosunun apardığı istintaq çərçivəsində Ankara Polis İdarəsinin əməkdaşları cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri silahla hədələdikləri şəxslərin pul və daşınmaz əmlaklarını ələ keçiriblər.

Fiziki və texniki izləmələrdən sonra keçirilən əməliyyat nəticəsində 15 nəfər saxlanılıb.

Araşdırmalar zamanı qruplaşma başçısının Ankarada bir evi dəstə üzvlərinin görüş yeri kimi istifadə etdiyi və silahları burada gizlətdiyi müəyyən olunub.

Keçirilən axtarışlar zamanı zərərçəkənlərin adına tərtib olunmuş 7 borc sənədi, 2 ədəd uzunlüləli tüfəng və çoxlu sayda patron aşkarlanaraq götürülüb. Bundan başqa, şübhəlilərin mobil telefonlarında silahlı fotolar, atəş açdıqları görüntülər və hədə-qorxu məzmunlu mesajlar da aşkar edilib.

Polisdə ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan 15 şübhəlidən 12-si həbs edilib, 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Sara,
NOCOMMENT.az