DÇ-2026-nın final oyununu onlar idarə edəcək - Məhəmməd və…

DÇ-2026-nın final oyununu onlar idarə edəcək - Məhəmməd və…

2026-cı il dünya çempionatının İspaniya və Argentina milliləri arasında keçiriləcək final matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib.

NOCOMMENT.az xəbər verir ki, iyulun 19-da ABŞ-nin Nyu-Cersi stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq həlledici qarşılaşmanın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

Ona həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Adham Makhadmeh, ehtiyat köməkçi hakim vəzifəsini isə Məhəmməd Əlkalaf yerinə yetirəcək.

Bu, Slavko Vinçiçin DÇ-2026-da idarə edəcəyi dördüncü oyun olacaq. O, daha əvvəl qrup mərhələsində Braziliya – Mərakeş və İordaniya – Əlcəzair, həmçinin 1/16 final mərhələsində Meksika – Ekvador qarşılaşmalarında baş hakim olub.

Təcrübəli referi karyerası ərzində UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının finallarını da idarə edib. O, həmçinin AVRO-2024-ün Fransa – İspaniya yarımfinal matçında da fit sahibi olub.

Slavko Vinçiç Türkiyə futbolsevərlərinə də yaxşı tanışdır. O, 24 fevral 2025-ci ildə keçirilən və 0:0 hesabı ilə başa çatan “Qalatasaray” – “Fənərbağça” derbisini də idarə etmişdi.

Sara,
NOCOMMENT.az