Xalq artisti Rauf Babayev vəfat etdi

Xalq artisti Rauf Babayev vəfat etdi

Azərbaycanın Xalq artisti Rauf Babayev dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, müğənni 82 yaşında vəfat edib.

Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə “Bəri bax” vokal qrupunun bədii rəhbəri işləyib.

Müğənni 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.

Rauf Babayev bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!