NASA-nın təhlükəsizlik üzrə məsləhət şurası Beynəlxalq Kosmik Stansiyanın (BKS) köhnəlmiş vəziyyəti ilə bağlı “dərin narahatlığını” ifadə edib.
NOCOMMENT.az xəbər verir ki, əsas risklər arasında Rusiyanın Zvezda modulunda sızma, orbit planının olmaması və ehtiyat hissələrinin çatışmazlığı daxildir.
Qrup üzvü Riç Uilyams ISS-nin fəaliyyətinin ən riskli dövrünə qədəm qoyduğunu bildirib. Əsas problemlər stansiyanın Rusiya seqmentinə daxil olan Zvezda modulunda hava sızmasıdır. Bundan əlavə, 2030-cu ildən sonra BKS-nin təhlükəsiz şəkildə orbitdən çıxarılması üzrə yekun plan hələ təsdiqlənməyib. Mütəxəssislər stansiyanın köhnəlmiş sistemlərinin təmiri üçün ehtiyat hissələrinin çatışmazlığını da qeyd edirlər.