161-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

161-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 350 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 774 tank, 4 022 zirehli döyüş maşını, 939 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 118 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 740 PUA, 180 qanadlı raket, 15 gəmi, 2 922 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.