Rusiya müharibənin 240-cı günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 324 təyyarəsi, 162 helikopteri, 2 302 (+6) PUA-sı, 383 zenit-raket kompleksi, 5 939 (+13) tank və digər zirehli texnikası, 874 reaktiv yaylım atəş sistemi, 3 513 (+2) artilleriya və minaatanı, 6 665 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












