3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO

3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO

Türkiyənin Ankara şəhərində ailə münaqişəsi faciə ilə nəticələnmək üzrə olub.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evin pəncərəsinə çıxıb və ətrafdakılara hədə-qorxu gəlib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Keçirilən əməliyyat nəticəsində azyaşlı uşaq xilas edilib, şübhəli şəxs isə zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır./milli.az/