240-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

240-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 66 750 (+100) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 573 (+6) tank, 5 258 (+3) zirehli döyüş maşını, 1 648 (+2) artilleriya sistemi, 372 reaktiv yaylım atəşi sistemi, 189 hava hücumundan müdafiə sistemi, 269 təyyarə, 243 helikopter, 1 325 (+14) PUA, 329 qanadlı raket, 16 gəmi, 4 006 (+1) avtomobil texnikası və avtosistern, 147 xüsusi texnikadan ibarətdir.