Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 69 220 (+320) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 631 (+3) tank, 5 364 (+13) zirehli döyüş maşını, 1 690 (+4) artilleriya sistemi, 379 reaktiv yaylım atəşi sistemi, 192 hava hücumundan müdafiə sistemi, 271 təyyarə, 249 (+1) helikopter, 1 398 (+19) PUA, 351 (+1) qanadlı raket, 16 gəmi, 4 078 (+2) avtomobil texnikası və avtosistern, 150 (+1) xüsusi texnikadan ibarətdir.












