309-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

309-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 104 560 (+790) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 018 (+1) ədəd tank, 6 047 (+10) ədəd zirehli döyüş maşını, 2 014 (+15) ədəd artilleriya sistemi, 423 (+5) ədəd reaktiv yaylım atəş sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 268 (+1) ədəd helikopter, 4 675 (+15) ədəd avtomobil texnikası, 1 717 (+10) ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 179 xüsusi texnikadan ibarətdir.